İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail rəhbərliyinin bu ay ərzində İraqda keçirilməsi planlaşdırılan \”müstəqillik referendumu\” haqqında mövqeyi prosesin öncədən məlum idi. Netanyahu referendumu dəstəkləyən bəyanatlar verirdi.
Bu gün İsrailin Baş Naziri Benyamin Netanyahu, bir bəyanat verərək bu dəstəyini təkrarladı. Netanyahu: \”İsrail, bir Kürd dövlətinin qurulmasını dəstəkləyir\” deyəndə, \”İsrail, Kürd xalqının qanuni olaraq öz dövlətini qurmaq səylərini dəstəkləyir\” – dedi.
1960-dan bəri Kürdlərlə hərbi, kəşfiyyat və biznes tərəfdaşlıqları edən İsrail, ABŞ, İran, Suriya və Türkiyəyə baxmayaraq belə bir həmlə dəstəklədiyini bildirib. İraqdakı Türkmənlərin və Ankaranın etirazına baxmayaraq, Kərkükün də daxil edildiyi referendum ərəfəsində İKBY lideri Məsud Bərzani geri addım atmayacağını dilə gətirmişdi.
Digər tərəfdən, Netanyahu, separatçı terror təşkilatı PKK-nın bir təhdid ünsürü olduğunu söyləyərkən bu məsələdə Ankaranın yanında olduğunu vurğulayıb.
İnterpress.az