İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trumpın bəzi vəkillərinin, Rusiya istintaqı prosesindəki açıqlamaları səbəbindən Trumpın kürəkəni və baş məsləhətçisi Jared Kushnerin istefasını istədikləri irəli sürüldü.
Amerika Wall Street Journal (WSJ) qəzetində yer alan xəbərə görə, Ağ Evə yaxın bəzi vəkil və məsləhətçilər, Kushnerin vəzifədən ayrılması lazım olduğu mövzusunda Trumpı inandırmağa çalışıblar.
İddiaya görə, adı açıqlanmayan vəkillər, Kushnerin Rusiya cinayət işindəki mövqeyi və açıqlamaları Trumpı çətinə saldığı və bu səbəblə vəzifəsindən ayrılması lazım olduğu mövzusunda Trumpla görüş də keçirilib. Bununla bərabər Kushner məsələsində Trumpın vəkilləri arasında bir razılaşma olmadığı və bəzi vəkillərin də məsələ yalnız aralarında mübahisə etdiyi qeyd olunub.
İnterpress.az