Yunanıstan:”Çipras cəhənnəmə get”backend

Yunanıstan:”Çipras cəhənnəmə get”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstanın paytaxtı Afinadakı İnkişaf Nazirliyi binası qarşısında aksiya keçirən qızıl mədəni işçilərinə polis müdaxilə edib.
Qızıl mədəni işçilər, ölkənin şimalında qızıl mədəni işlədən Kanadalı firmaya lazımi imkanların verilməməsi reaksiya verərək aksiya keçirib.
22 sentyabrdan etibarən əməliyyatlarını dayandırmaq qərarı alan firmanın işçiləri, Yunan İnkişaf Nazirliyinin içinə girməyə çalışanda polislə qarşı-qarşıya gəlib.
Yunan polisi işçilərin hərəkətini nizamlamaq üçün turşu qazı müdaxilə edib.
İşçilər isə, Yunanıstan Baş Naziri Aleksis Çipras əleyhinə şüarlar səsləndirib. İşçilər \”Çipras cəhənnəmə get\” plakatları qaldırıb.
Yunanıstanın turizm cənnəti hesab olunan Halkidikidə qızıl mədəni işlədən Kanada mərkəzli Amburan Gold, mədəni işlətmək üçün hökumətdən lazımi icazələri ala bilməyib.
Rəsmi sənədini almayan Amburan Gold mədəni bağlamaq və investisiyaları dayandırmaqla təhdid edir.

İnterpress.az