Salyanda bizi bu ləziz yeməyə qonaq etdilər. Amma bu yemək qarpızsız və ayransız olmaz dedilər…
Tərkib:
1 kq duza qoyulmuş kütüm balığı
8 ədəd üzüm yarpağı (iri ölçüdə)
1 ədəd baş soğan
50 qr kərə yağı
2 ədəd pomidor
1 st. giləmərzə
10 ədəd alça
50 qr zoğal
1/2 st. su
duz, istiot
Hazırlanması:
Duzda saxlanmış balıq (duzdan ) təmizlənir. Pomidor və soğan xırda doğranır. Soğan bir qədər yağda qovrulub odun üzərindən götürülür. Üzərinə pomidor, giləmərzə, alça və zoğal qatılır, duz, isitot səpilib qarışdırılır.
Tənzif sərilir, üstünə üzüm yarpağı (yan-yana) düzülür. Yarpağın üzərinə bütöv balıq qoyulur, qarışıq tökülüb yayılır.
Tənzifin ucları bağlanır. Balıq dolması qazana yerləşdirilir, üzərinə su tökülüb 25 dəqiqə bişirilir.
İnterpess.az