İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxs polis idarələrinə zəng edərək, Qırmızı meydanda, vağzallarda və televiziya mərkəzlərində partlayıcı qurğuların yerləşdirilməsi barədə məlumatlar verib.
Dərhal hərəkətə keçən hüquq-mühafizə orqanlarının əməkdaşları ümumilikdə 20 mindən çox insanı sözügedən ərazilərdən təxliyyə edib. Əməliyyat-istintaq tədbirləri davam edir.
İnterpress.az