ABŞ-da İrma qasırğası qocalar evini vurdu: 6 ölübackend

ABŞ-da İrma qasırğası qocalar evini vurdu: 6 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Broward Bələdiyyə Sədri Barbara Sharief, İrma Qasırğası səbəbilə yaşlıların qaldığı qocalar evində 6 nəfərin həyatını itirdiyini açıqlayıb.
Binanın boşaldıldığını və məsələ ilə bağlı istintaqın aparıldığını bildirilib. Qocalar evində olan cəmi 115 nəfərin təxliyə olunduğu qeyd olunub. Ölənlərin binada işləyən generatorlardan sızan dəm qazı tüstülərindən zəhərlənmiş ola bilmələri üzərində dayanılır.

İnterpress.az