Rusiya NATO-nun şərq qanadında müharibə oyunlarına başladıbackend

Rusiya NATO-nun şərq qanadında müharibə oyunlarına başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya, son illərdə gördüyü ən böyük təlimə başlayır. Avropa Birliyinin şərq sərhədində baş verəcək olan təlim, Rusiya və Belarusu əhatə edəcək.

NATO üzvü ölkələr olan Estoniya, Latviya, Litva və Polşanın da sərhədlərinə yaxın bir mövqedə keçiriləcək təlimə Rusiya Müdafiə Nazirliyi, 12.700 əsgər, 70 təyyarə, 250 tank və 10 döyüş gəmisinin qatılacağını açıqlayıb.

Zapad 2017 (Qərb 2017) adı verilən təlimin 20 sentyabra qədər davam etməsi gözləndiyi təlimin Soyuq Müharibə dövründən bu yana Rusiya ilə NATO arasında təzyiqin ən yüksək olduğu dövrdə baş verməsi, Rusiyanın regiondakı ölkələrə təhdid yaratmaq məqsədilə belə bir təlim etdiyi şərh edilir.

Rusiya Müdafiə Nazirliyi təlimlərin başlanğıcını açıqlayan bəyannamədə, təlimin \”tamamilə müdafiə məqsədli olduğu və hər hansı başqa bir dövlətə və ya bir qrup ölkəyə qarşı yönəldilmədiyi\” məsələsinin vurğulayıb.

NATO-ya qoşulmaq istəyən Ukraynanın Prezidenti Pyotr Poroşenko Rusiyanın müharibəyə hazırlaşdığını önə sürərkən Rus hərbi eksperti Aleksandr Qolts, AFP-yə verdiyi açıqlamada, \”Moskva bu cür təlimlər söz mövzusu olduğunda çox ustalıqla manipulyasiya edilir, çünki xarici müşahidəçiləri təlim dəvət etmirik\” dedi.

Ötən həftə BBC-yə bəyanatlar verən İngiltərə Müdafiə Naziri Maykl Fallon isə, \”Bu bizi provokasiya etmək üçün, müdafiə etməyimizi test etmək üçün hazırlanıb, bu səbəblə güclü olmalıyıq\” dedi. Fallon, \”Rusiya bizi test edir və artıq hər fürsətdə test edir. Daha aqressiv bir Rusiya ilə üzləşirik\” ifadələrini istifadə etdi.

İnterpress.az