Tərkib:
12 xörək qaşığı manna yarması
12 xörək qaşığı şəkər tozu
1 lt süd
1 paket vanil
2 xörək qaşığı kakao
1 ovuc çəkilmiş fındıq
Cövüz
Darçın
Hazırlanması:
Şəkər tozu, vanil, manna yarması və süd bir qazanda qarışdırılıb, pudinq konsistensiyasına gələnə qədər orta odda bişirilir.
Pudinq konsistensiya gəlincə qarışığın yarısı, böyük şüşə bir qaba tökülür. Fındığın yarısı üzərinə səpilir. Qalan pudinqə kakao əlavə edilərək qarışdırılıb, fındığın üzərinə tökülür, üstü qaşıqla düzəldilir. Soyumağa qoyulur. Soyuduqdan sonra bir qaba tərs çevrilərək, üstünə fındıq, cövüz, darçın səpilərək servis edilir.
İnterpress.az