Qərbi Azərbaycanlılar Muxtariyyat tələb etdilərbackend

Qərbi Azərbaycanlılar Muxtariyyat tələb etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl ölkə prezidenti İlham Əliyev müsahibələrinin birində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi, Ermənistan qonşularının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxması, ölkəmizin ərazi bütövlüyünün bərpası müqabilində Dağlıq Qarabağ vilayətinə hətta “Muxtar Respublika” statusu verilə biləcəyini vurğulamışdı.

Bu məsələ Ermənistan cəmiyyətində birmənalı qarşılanmadı. Hakim dairələrdə ermənilərin növbəti qələbəsi kimi qeyd edilsə də, sonralar bu məsələnin onların arzuladıqları Dağlıq Qarabağa nə “müstəqil dövlət” statusu, nə də “vilayətin Ermənistana birləşdirilməsi” məsələsinin həll olunmadığını görüb daha aqressiv mövqedə dayanmağı üstün tutdular.

Bəzi dairələrdə isə Dağlıq Qarabağ ermənilərini tam təmin edəcək ən yüksək status müqabilində 1988-1989-cu illərdə Qərbi Azərbaycandan, İrəvan xanlığı torpaqlarından vəhşicəsinə qovulmuş, var yoxları talan edilmiş 250.000 Azərbaycan türklərinin geri qayıtmasına şərait yaradılmasının mümkünlüyü vurğulanmış, onları himayə etməyə hazır olduqlarını bildirmişlər. Qeyd edək ki, ermənilər təxminən bu 30 il ərzində həmişə qovulub çıxdıqları bu aborigen əhalinin heç bir təzyiqə məruz qalmadıqlarını, könüllü çıxıb getdiklərini bildirmiş, istədikləri vaxt geri qayıda biləcəklərini bildirmişlər.

Ermənilərin türklər adlandırdıqları bu 250.000 azərbaycanlı türklərin (adrbecansi turker) Dağlıq Qarabağa veriləcək hər hansı bir yüksək statusu müqabilində Ermənistan torpaqlarında kompakt şəkildə yerləşdirilməsi, torpaq dəyişdirilməsi məsələsi 1990-cı illərin əvvələrindən, xüsusən erməni prezidenti L.T. Petrosyanın hakimiyyəti dövründə müzakirə mövzusu idi. Lakin nədənsə kimlərin ambisiyası xatirinə bu məsələ birdən-birə aradan götürüldü.

Əslində o zaman da, bu gündə Ermənistan hakimiyyəti başa düşür ki, Qərbi Azərbaycan torpaqlarının sahibləri Azərbaycan türkləridir və o zaman onlar bütün Ermənistanı kənd təsərrüfatı məhsulları ilə təmin edirdilər. İndi bu torpaqlar sahibsiz-yiyəsiz qaldığından, yararsız hala düşdüyündən heç nəyə yaramır. Həmişə zəhmətsiz, əziyyətsiz həyat tərzinə alışmış erməni quldurları xarabalıqlara çevirdikləri həmin torpaqları tərk edir, xarici ölkələrə üz tuturlar. Elə buna görə də son zamanlar erməni saytlarında, sosial şəbəkələrdə, orada çəkiliş edilmiş video görüntülərdə türkləri öz torpaqlarına, öz evlərinə qayıtmağa çağırış edir, bir yerdə yaşamağı arzulayırlar. İndi soxulub yaşadıqları türk evlərini türklər üçün qoruyub saxladıqlarını bildirirlər. Qeyd edək ki, bu gün Ermənistanda minlərlə türk kəndləri tamamilə boşdur və əksəriyyəti yer üzündən silinmək üzrədir.

Bu gün belə bir məqamdan hökmən istifadə etmək lazımdır.Bu məsələ dövlət səviyyəsində həll edilməlidir. Dağlıq Qarabağ münaqişəsinin danışıqları zamanı, vilayətə yüksək səlahiyyətli imtiyazlar verilərsə, İrəvan xanlığı torpaqlarında da (İndiki Ermənistan) 1988-1989-cu illərdə həmin torpaqlardan qovulmuş 250.000 mülki əhaliyə kompakt yaşamaq üçün Ermənistan dövlətindən ən azı Dağlıq Qarabağın 4,4000 kvadrat kilometr ərazisi qədər torpaq sahəsi ayrılması və münasib ərazilər sayılan Göyçə və Zəngəzur Muxtar vilayəti yaradılması və əhalinin həmin əraziyə köçürülməsi tələb olunmalıdır.

1988-ci ildən bəri, 30 ilə yaxın bir dövrdə erməni quldurları tərəfindən İrəvan xanlığı torpaqlarında aparılmış son vandalizm siyasəti nəticəsində türk əhalisinin yaşadığını sübut və təsdiq edəcək heç nə qalmamışdır. Bütün türk müsəlman abidələri dağıdılmış, yaşayış kənd və qəsəbələrin, bütün toponimlərin adları erməniləşdirilmiş, türk-müsəlman əhaliyə məxsus arxiv sənədləri yandırılmışdır. Çox təəssüf ki, 1988-1989-cu illərdə Azərbaycanda məskunlaşmış əhaliyə tələm-tələsik Azərbaycan vətəndaşlığı statusu verilmiş Ermənistan vətəndaşı olmasını sübut edən sonuncu sənəd-sovet pasportu ləğv edilmişdir. Həmin pasportda vətəndaşın kimliyi erməni və rus dillərində göstərilir, yaşadığı şəhər, rayon, kənd qeyd olunurdu. Kaş indi həmin pasportlar məhf edilməyəydi…

Bu gün 1920-ci ildə Ermənistandan Azərbaycana qovulmuş Azərbaycan türkü ilə 1988-ci ildə qovulmuşlar arasında tarixi müddət baxımından heç bir fərqləri yoxdur. Bu məsələ barədə ciddi tədbirlər görülməlidir.

Bizdən fərqli olaraq Azərbaycan vətəndaşı olan bütün ermənilərin həmin pasportları ciblərindədir. Xarici ölkələrdə yaşayan ermənilər Azərbaycan vətəndaşılığı pasportlarını fəxrlə təqdim edərək, yaxın vaxtlarda “doğma Bakıya” qayıdacaqlarını bildirirdilər. Çünki onların da sənəd-sübut var və heç bir başqa öklənin vətəndaşı deyillər.

Hazırda Dağlıq Qarabağ və işğal edilmiş ətraf rayonların yalnız müharibə yolu ilə azad edilməsi üçün ən münasib məqam yetişmişdir. Yalnız bir məsələni həll etmək lazımdır. Hansı yolla, hansı vasitələrlə olursa olsun , bütün məsələlərin səbəbkarı Rusiyanın neytral mövqedə qalmasına nail olmaq lazımdır. Bu kifayətdir ki, onun-bunun himayəsində azğınlaşmış bu quldurlar yerlərin bilsinlər.

Artıq dünyanın bütün ölkələri , nüfuzlu ictimai siyasi təşkiltalar , “Ermənistan” adlana qondarma bir dövlətin və bunu həyata keçirən Qərbi Azərbaycanda, Qarabağ torpaqlarında törətdikləri antibəşəri əməllərini bizdən yaxşı bilirlər. Xocalı faciəsi azğın düşmənə vurulmuş faşizim damğasıdır. Deməli bu 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının tarix düşmənə qarşı apardığı səmərəli mübarizə öz bəhrəsini vermişdir. Düşmənin kimliyi göz qabağındadır.

Müasir mərhələdə işğal edilmiş torpaqların düşməndən azad edilməsi üçün mübarizə metodlarına yenidən baxmaq və daha kəskin mövqe tutmaq lazımdır.
– ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoymaq və ehtiyyatda olan dövlətlərin tərkibində yeni Minsk qrupu təşkil etmək! (Amerika Prezidenti Tramp hətta BMT-ni insanların bir araya gəlib xoş vaxt keçirdiyi “bir klub” adlandırır)
– Azərbaycanın tarixi düşmənləri olan Ermənistan, Rusiya, Fransa və İrana qarşı bütün münasibətlərdə kəskin mövqe tutmalı və bu dövlətlərdə həmfikir olan Azərbaycanla ikibaşlı oyun oynayan ölkələrlə əməkdaşlığa son qoymaq. (Mozambik kimi dövlətlərin Azərbaycanın ərazisi bütövlüyünü tanımasına ehtiyac yoxdur)
– Kütləvi informasiya vasitələrində , sosial şəbəkələrdə və s. “erməni xofu” yaradan bütün verilişlər qadağan edilməlidir. Xocalı faciəsinin görüntüləri , Azərbaycan əsgərininin erməni əsgərinin yaxasındakı tüpürcəyi yalaması və s. Hərbi vətənpərvərlik mövzularına geniş yer verilməlidir.
– Televiziya kanallarında Toy-büsat, çal-çağır, şənlik şoularına, müxtəlif mahnı, musiqi yarışmalarına ciddi məhdudiyyət qoymalıdır. Ölkədə müharibə gedir. Hər ay şəhidlər veririk. Heç olmasa onların ruhuna hörmət etmək lazımdır.Bu bədbəxtlər nə üçün, niyə çalıb oxuduqlarını özləridə bilmirlər.Bu günlərdə Dünya Azərbaycanlıları Konqresinin (həmsədrlər S. Rüstəmxanlı və F. Pərvizniya) tərkibində fəaliyyət göstərən “İrəvan xanlığı torpaqlarına dönüş” ictimai birliyinin yığıncağı keçirildi. Yığıncaqda yuxarıda qeyd olunan müxtəlif məzmunlu məsələlər müzakirə olundu. Sonda bəyanat qəbul edildi. Bəyanatda tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığı torpaqları (29.000 kvadrat kilometr) oradan bir əsr ərzində qovulmuş 3,5 milyon Azərbaycan türkü və müsəlmanların acı taleyi diqqətə çatdırıldı. Bəyanatda 1988-1989-cu illərdə İrəvan xanlığı torpaqlarından (indiki Ermənistan) qovulmuş 250.000 Azərbaycan türkünün öz dədə-baba yurduna qayıtması və Ermənistan adlanan dövlətin ərazisində kompakt yaşaması üçün muxtar vilayətin yaradılması tələb olundu. Bəyanat rus, erməni, ingilis dillərinə tərcümə edilərək Ermənistan dövlətinə və dünyanın nüfuzlu ictimai-siyasi təşkilatlarına ünvanlandı.