Timsah hücumunda ölən jurnalistin cəsədi tapıldı – FOTObackend

Timsah hücumunda ölən jurnalistin cəsədi tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, tualet axtararkən həyatını itirən Financial Timesda çalışan 24 yaşlı İngilis jurnalist Paul Mleanin meyiti çayda timsahların olduğu ərazidə palçığa batmış şəkildə tapıldı.

Sağ ayağında yara izləri olan 24 yaşlı jurnalistin çaydakı timsah tərəfindən təcavüzə məruz qaldığı müəyyənləşdirilib.

Şri-Lanka polisi, dalğıclar tərəfindən paytaxt Colombonun 360 kilometr şərqindəki Panama kəndindəki bir çayda tapılan cəsədin sağ ayağında yeddi ədəd yara izi olduğunu dedi.

Timsah tərəfindən təcavüzə məruz qalma ehtimalının çox yüksək olduğunu söyləyən səlahiyyətli, yenə də həqiqi ölüm səbəbinin şənbə günü keçiriləcək meyitin yarılması nəticəsində müəyyənləşəcəyini deyib.

Timsah hücumunda ölən jurnalistin cəsədi tapıldı - FOTO

İnterpress.az