İnterpress.az “Report”a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.
Yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Sadıqova Lamiyə İdeal qızını minik avtomobili vurub. Nəticədə qadın ağır xəsarət alıb. O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.
Həkimlər L.Sadıqovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
İnterpress.az