İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İraq məclisində, Kərkük vilayət məclisini buraxmaq üçün imza toplandığı bildirilib.
Türkmən Millət Vəkili Niyazi Mimaroğlu, \”Mərkəzi hakimiyyətin qərarlarını tətbiq etməməsi səbəbiylə Kərkük vilayət məclisinini etmək üçün 74 millət vəkilinin imzasını topladıq\”-dedi.
Mimaroğlu, sözügedən məclisi parlament qərarı ilə dağıtmaq üçün imza sayını 200-ə çıxarmağa çalışdıqlarını bildirib.
Kərkükdəki problemin qubernatorunun vəzifədən almaqla sona gəlməyəcəyini ifadə edən Mimaroğlu, məclisin referendum məsələsində israr etməsinin yeni problemləri meydana gətirəcəyini söylədi.
Kərkükdəki referendum keçirilsə Kürd qüvvələri bütün mübahisəli regionlarda hegemoniya əldə edəcək\”-deyən Mimaroğlu, bunun da bu bölgələr üçün ciddi təhlükə kəsb edəcəyini qeyd edib.
Mimaroğlu, \”Kərkük vilayət məclisi ləğv edilsə şəhərdə fövqəladə hal elan ediləcək və şəhər hərbi komandir tərəfindən idarə ediləcək\” -şəklində danışdı.
İraq məclisi, iki gün əvvəl Kərkük Valisi Nəcməddin Kərimi vəzifədən almışdı.
Məclisdə Kürd mənşəli Prezidenti Fuad Məsum da işdən çıxarılması üçün cəhdlər göstərildiyi ifadə edilir.
İnterpress.az