İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Missuri ştatına bağlı Sankt-Luis şəhərində, 36 yaşlı keçmiş polis məmuru Jason Stockleyin, qara dərili vətəndaş Entoni Lamar Smiti (24) 20 dekabr 2011-də vuraraq öldürmüşdür. Stockleyin məhkəmədən bəraət etməsinin ardından başlayan etiraz aksiyaları zorakılıq hadisələrinə çevrilib. Gecə saatlarında başlayan və hələ də davam edən etiraz aksiyalarının getdikcə artdığı qeyd olunub.
Polis nümayişçilərə göz yaşı axıdıcı qaz ilə müdaxilə edərkən, atılan daşlardan 12 polisin müxtəlif yerlərindən yaralandığı bildirildi. Baş verən hadisələrdə 32 nümayişçilərin nəzarətə alındığı, 1 polisin də atılan daşlardan ağır şəkildə yaralandığı bildirildi. Nümayişçilər, dövlət və özəl binalara zərər verərək, şüşələrini sındırıb taladı. Məlumata görə, nümayişçilərin Sankt- Luis Bələdiyyə Sədri Lyda Krewsonun evinə hücum etdiyini bildirib.
İnterpress.az