İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Myanmada Müsəlmanlara qarşı qətliam davam edərkən Myanma lideri Aung San Suu Kyi, baş verənlərə göz yummağa davam edir. İllər əvvəl Nobel Sülh Mükafatına layiq görülən Kyinin davranışı dünya liderlərində də tənqidlərlə qarşılanır.
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Guterres, Kyiyi tənqid edərək, \”Hərəkətə keçmədiyi müddətcə bu faciə fəlakətə nəticələnəcək\” – dedi.
Bu həftə başlayacaq olan BMT Baş Assambleyası öncəsi müsahibə verən BMT Baş Katibi, Myanma liderinin son şansı olduğunu ifadə edərək, \”Kyinin son bir şansı var. Əgər, bu vəziyyəti tərsinə döndərməsə bu faciə dəhşətli olacaq. Təəssüf ki, vəziyyətin gələcəkdə necə həll edilə biləcəyini görmürəm\” dedi. Rohingya Müsəlmanlarının evlərinə geri qayıtmalarına icazə verilməsi lazım olduğunu sözlərinə əlavə edən Guterres, Myanma ordusunun hələ də ölkədəki üstünlüyü əlində saxladığını qeyd edib.
Bu həftə başlayacaq olan BMT Baş Assambleyasına Myanma lideri Kyinin iştirak edib-etməyəcəyi açıqlanmışdı. Kyi, böhranın \”yanlış məlumatlardan ibarət olan aysberqin\” tərəfindən yetişdirildiyini, saxta xəbərlərin terrorçulara xidmət etdiyini müdafiə etmişdi.
İnterpress.az