İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump və Cənubi Koreya Dövlət Başçısı Mun Jae In, telefonda Şimali Koreya müzakirə etdilər.
Ağ Ev, iki liderin telefon görüşməsinə dair yazılı bəyanat verib.
Trump və Munun, Şimali Koreyanın atdığı və Yaponiyanın üstündən keçərək Sakit Okeana çatan son raket sınağını ələ aldığı bildirilən açıqlamada, bu ifadələrə yer verilib:
\”Şimali Koreya, etdiyi təxribat qəzaları səbəbiylə Birləşmiş Millətlər tərəfindən keçən həftə 2 dəfə pislənməsinə baxmayaraq beynəlxalq cəmiyyəti kiçiltməyə davam edir. Sədr Trump və Sədr Mun, Şimali Koreya üzərindəki diplomatik və iqtisadi təzyiqi artırmağa davam etmək məsələsində razılaşdı. Həmçinin iki lider, məsələyə dair görüşlərini gələn həftə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində davam etdirəcək\”.
İnterpress.az