İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Daimi Nümayəndəsi Nikki Haley, Şimali Koreyanın qorxusuz davranışlarına davam etməsi halında yox olacağını söylədi.
Haley, \”BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə proqramını ehtiva edən variantlarının tükəndiyini və ABŞ-ın məsələni Pentaqona yönəltmək məcburiyyətində qalacağını\” söylədi.
\”Güvənlik Şurasında edə biləcəyimiz hər şeyi artıqlmasıyla etdik\” şəklində danışan Haley, məsələnin Müdafiə Naziri Ceyms Mattisə verilməsindən dolayı çox xoşbəxt olduğunu da sözlərinə əlavə edib.
\”Hər ehtimala qarşı xəbərdarlıq edirik, amma masada bir sürü hərbi variant var\”. Deyən Nikki Haley, \”Şimali Koreya bu biganə davranışlarına davam edərsə, ABŞ özünü müdafiə etmək ya da müttəfiqlərini müdafiə etmək məcburiyyətindədir, Şimali Koreya dağılacaq və biz bunu bilirik, heç birimiz bunu istəmirik, heç birimiz müharibə istəmirik\” ifadələrini istifadə etdi.
ABŞ-ın BMT elçisi Nikki Haley, ötən həftə Şimali Koreyanın hərəkətləri üçün artıq kifayətdir ifadələrini istifadə etmiş, BMGKYI mümkün olan ən güclü sanksiyaları tətbiq etməyə çağırmışdı.
15 şura üzvünün 2006-dan bu yana Şimali Koreyaya qarşı mərhələli sanksiya tətbiqi yanaşmanın işə yaramadığını deyən Haley, \”Kim Jong Un müharibə üçün yalvarır\” ifadələrini işlətmişdi.
Haley, \”Səylərimizə baxmayaraq, Şimali Koreyanın nüvə proqramı heç olmadığı qədər irəlidə və təhlükəli. Müharibə, heç vaxt ABŞ-ın istədiyi bir şey deyil. Bunu indi də istəmirik. Amma ölkəmizin səbri hüdudsuz deyil\”-şəklində danışmışdı.
İnterpress.az