İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ötən ay, 90 yaşlı Tunis Prezidenti El-Bacı Kaid el-Sebsinin qadağanın qaldırılması üçün hökumətə etdiyi təzyiqlər nəticə verdi. \”Qadın və vətəndaşlar arasında həqiqi, mütərəqqi bir yol\” deyən El Sebsi, bərabərlik prinsipinin konstitusiyada təminat verdiyini, bərabərliyi müdafiə etməyin dinə qarşı gəlmək mənasını daşımadığını müdafiə etdi.
Qadağa qaldırılmadan əvvəl, əgər Tunisli bir qadın Müsəlman olmayan bir kişi ilə evlənmək istəsə, kişi ya hökmən İslamı seçməliydi, ya da bunu sübut edən bir sənəd imzalamalıydı.
Qadın haqlarını müdafiə edən təşkilatlar sözügedən inkişafı qadınlar üçün bir qələbə kimi şərh edir.
İnterpress.az