İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Ruandada və keçmiş Yuqoslaviyada törədilən müharibə cinayətləri işlərində prokurorluq etmiş İsveçrəli hüquqşünas Del Ponte avqust ayında siyasi dəstək görmədiyi üçün BMT-nin Suriya İstintaq Komissiyasından istefa edəcəyini söyləmişdi.
Del Ponte BMT İnsan Haqları Şurasında dünən etdiyi vida çıxışında əlindən gələn bir şey qalmadığı üçün yaşadığı çarəsizlik üzündən istefa verdiyini deyib. Del Ponte: \”Beynəlxalq cəmiyyətdən və Təhlükəsizlik Şurasından Suriyada törədilən bütün cinayətlər üçün xüsusi məhkəmə yaratmaq qərarını çıxarmamışıq. Suriyada yeddi ildir ki, cinayət işlənir və bu cinayətlər tamamilə cəzasız qalır. Bu qəbul edilməz\” ifadəsini istifadə etdi.
Del Ponte keçən ay bir İsveçrə qəzetinə, Suriya Prezidenti Bəşər Əsədi müharibə cinayətlərindən məhkum etmək üçün kifayət qədər dəlil olduğunu söyləmişdi. Del Ponte İnsan Haqları Şurasından ayrılarkən Suriyanın BMT-dəki səfirinə, aprel ayında Əsəd hökumətinin Khan Sheikhoun qəsəbəsinə təşkil etdiyi hücumda kimyəvi silahlar istifadə etdiyini söyləyənin özü olduğunu dedi.
Del Ponte: \”Cənab səfir, o, mən idim, əlimizdə olan faktorlara əsaslanaraq, Suriya hökumətinin məsul olduğunu dedim. Bu gün isə rəsmi bir komissiyanın araşdırmasının sonunda bu təsdiqləndi. Artıq ədalət istəyirik. Qurbanlar üçün ədalət istəyirik\”- şərhini etdi.
İnterpress.az