İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İran Baş Qərargah Rəisi General-mayor Seyid Abdülrahim Musəvi, İsraili \”ildırım sürətiylə yerlə bir edərik\” təhdid etdi.
Musəvi, İsrailin Baş Naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trumpla dünən Nyu-Yorkda keçirdiyi görüşdən əvvəl \”Sionist rejimi, İran İslam Respublikasına qarşı axmaq bir şeyə cəhd etməməsi üçün xəbərdarlıq edirik. Belə bir addımda Təl-Əviv və Hayfayı yerlə bir edərik\” dedi.
Ağ Evdən edilən açıqlamada Trump və Netanyahunun \”İranın bölgədəki natəmiz təsirinin balanslaşdırılması mövzusunda fikir birliyində olduğu\” bildirilmişdi.
Musəvi, açıqlamasında İranın Suriyadakı fəaliyyətlərini tənqid edən İsrailli rəhbərliyinə cavab verdi:
\”Dünya bu sionist həyasız İsrailli rəhbərliyinin törətdiyi cinayətləri unutmayacaq. Başını önünə əyib nə qədər ömrü qaldığını hesablasın. Çünki Sionist rejimin hər hansı bir səhvi olarsa, İsrailin qalan 25 illik ömrünü daha da qısaldacaq, İran sionist rejimi ildırım sürətilə məhv ediləcək\”.
Baş qərargah Rəis Vəkili Musavinin bu açıqlamasında İslam İnqilabının lideri Ayətullah Xomeyninin İsrail dövlətinin 21-ci əsrin ilk rübündə yox ediləcəyi təhlükəsinə istinad etdiyi bildirilir.
İnterpress.az