Bərzani: Beynəlxalq Zəmanət İstəyirikbackend

Bərzani: Beynəlxalq Zəmanət İstəyirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyi (İKBY) Başçısı Məsud Bərzani, İngiltərə Müdafiə Naziri Maykl Fallonun başçılıq etdiyi nümayəndə heyəti Ərbilin Səlahəddin qəsəbəsindəki prezident iqamətgahında qəbul edib.

Prezident ofisindən bildiriblər ki, Bərzani və Fallon 25 sentyabrda keçiriləcək müstəqillik referendumu müzakirə ediblər.

Referandumun təxirə salınması təklifinə Bərzaninin Fallona belə dediyi qeyd edilib:
\”Dialoq müstəqilliyə çatmaq üçün bir vasitədir. Ancaq indiyə qədər təqdim olunan təkliflər müstəqillik dialoqu və Bağdadın müstəqillik üçün dialoqa hazır olduğuna zəmanət deyil. Nə olduğu bilmədən və beynəlxalq zəmanət verilmədən yalnız Bağdad ilə dialoqa keçilməsi uğrunda referendum təxirə salınmayacaq.

İnterpress.az