İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Türkmən Millətçi Hərəkatı partiyasının binasını atəşə tutulub. Təhlükəsizlik əməkdaşları dərhal cavab atəşi açıb. Qarşıdurma zamanı silahlı dəstənin bir üzvü məhv edilib, daha 2-si yaralanıb.
Bəzi mənbələr yazır ki, hücumu təşkil edən silahlılar PKK terrorçuları və peşmərgə əsgərləri olub.
Qeyd edək ki, Kərkükdə vəziyyətin gərginləşməsinə səbəb, kürd regional administrasiyasının sentyabrın 25-nə təyin olunan referenduma əyaləti də cəlb etmək istəyidir.
İnterpress.az