İnterpress.az Apa-ya istinadən xəbər verir ki, prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında deyib.
Dövlət başçısının sözlərinə görə, əsas prioritetlərdən biri yoxsulluğun aşağı salınması olub.
\”2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən yuxarı idi. İndi isə bu rəqəm 5-6 faizdir. Xarici dövlət borcu ümumi daxili məhsuldan 20 faiz aşağıdır. Davos forumuna bağlı Beynəlxalq rəqabətlilik hesabatında Azərbaycan 2016-2017-ci illərdə 136 ölkə arasında 37-ci yeri tutub\”, – deyə Azərbaycan prezidenti vurğulayıb.
İnterpress.az