M. Akopyan bildirib ki, işğal olunmuş ərazilərin heç bir hissəsi Azərbaycana qaytarıla bilməz. Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunması üçün işğal edilmiş bütün rayonların əldə saxlanması vacibdir: “Dağlıq Qarabağ boyunca təhlükəsizlik sistemi yaradılıb. Bu sistemin pozulması acınacaqlı nəticələrə gətirib çıxara bilər”.
Qeyd edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbadyan sentyabrın 19-da bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılması məsələsi müzakirə olunur. O əlavə edib ki, söhbət həmin ərazilərdən gedir ki, onların qaytarılması Dağlıq Qarabağa təhlükə törətməyəcək.
Erməni nazir danışıqların pozulmaması üçün digər detalları açıqlamayıb. ( apa )
İnterpress.az