İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Afinadakı rəsmilərin hələ adını açıqlamadığı 63 yaşlı professordan cümə günündən bəri xəbər çıxmırdı. Ölkənin şimal-şərqindəki Maronyada bir arxeoloji sahəni gəzərkən hücuma məruz qalan qadın, ailəsinə xəbər vermişdi.
Polis rəsmisi, \”Qarşılaşdığımız mənzərə çox ağırdı\” dedi və əlavə etdi: \”Qadının bədəni parça-parça olmuşdu. İngilis professordan qalan hissələrin yanında pasportu və şəxsi əşyalarının da olduğu açıqlanıb.
Yunanıstanda bir milyondan artıq küçə iti olduğu ehtimal edilir.
İnterpress.az