Səudiyyə dərs kitabına salınan Yoda, nazirlik müşavirini işindən etdibackend

Səudiyyə dərs kitabına salınan Yoda, nazirlik müşavirini işindən etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanda yüksək səviyyəli təhsil rəsmisi, Kral Faysalla Birləşmiş Millətlərdə çəkilmiş bir fotoşəkilinin yanına Star Wars xarakteri Yodanın montajlanmış şəklində dərs kitablarına daxil olması üzərinə işdən qovuldu.

Populyar mədəniyyət obrazı isə dərs kitabına necə salındığı sirr olaraq qalır.

Məsələ ilə bağlı açıqlama verən Təhsil Naziri Əhməd Əl İsa, aparılan səhv üçün üzr istəyərkən, kitabın toplanacağını və düzgün versiyanın paylanacağını deyib.

Aparılan yanlışlığdan sonra tədris plan və təhsil proqramları üzrə nazirlik müşaviri Milli Al Harthi vəzifədən alınıb.

İnterpress.az