Tailandın keçmiş Baş Naziri Yingluck Shinawatraya 5 il həbs cəzası!backend

Tailandın keçmiş Baş Naziri Yingluck Shinawatraya 5 il həbs cəzası!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Tailandın keçmiş lideri Shinawatra, düyü subsidiyasıyla dövləti zərərə uğratdığı üçün ölkənin ən yüksək məhkəməsi tərəfindən təqsirli olaraq 5 il həbsə məhkum edilib.

Tailand Ali Məhkəməsi, cunta rəhbərliyi tərəfindən ona qarşı açılan etinasızlıq davasında veriləcək qərar üçün məhkəməyə getməməsi üzərinə Shinawatra üçün həbs qərarı almışdı. Shinawatraya yaxın bəzi mənbələr keçmiş baş nazirin ölkədən qaçdığını bildirmişdi. Keçmiş baş nazirin xəstə olduğunu və məhkəmədən qərarın təxirə salınmasını istədiyini deyən Shinawatranın vəkili, məhkəmə heyətinin iclasını 27 sentyabra təxirə saldığını, Shinavatranın yayınma şübhəsinə qarşı həbs olunmasını istədiyini bildirmişdi.

Shinawatranın hökuməti 2014- də hərbi çevrilişlə endirilmişdi.

İnterpress.az