İnterpress.az xəbər verir ki, Ərbil bu tələbə rədd cavabı verib.
İraqın Aviasiya idarəsi isə cümə günündən etibarən Şimali İraq Kürd Muxtariyyatının ərazisinə təyyarələrin giriş və çıxışını qadağan edəcəyini bildirib.
Baş nazir də 3 gün ərzində hava limanlarının rəsmi Bağdada təhvil verilməsini tələb etmişdi. Əks təqdirdə regionda beynəlxalq hava uçuşları dayandırılacaq.
Ərbil isə Bağdadın tələbini məntiqsiz adlandıraraq rədd edib.
İnterpress.az