İraqın baş naziri, Kürdüstan Regional Hökumətindən bazar ertəsi günü təşkil etdiyi müstəqillik referendumunun nəticəsini \”ləğv etməsini\” tələb edib.
Parlamentdə çıxış edən Heydər əl-Abadi nəticəni \”heç vaxt müzakirə etməyəcəyini\” deyib və kürdləri \”konstitusiya çərçivəsində dialoqa\” çağırıb.
\”Onlar danışıqlara başlamaq istəyirlərsə, referendumu və nəticəsini ləğv etməlidirlər\”, o əlavə edib.
O, həmçinin Kürdüstanın bütün bölgələrində \”İraq hakimiyyətini tətbiq etmək\” sözü verib.
Referendumun nəticəsi hələ açıqlanmır, ancaq əhalinin əksəriyyətinin müstəqilliyi dəstəklədiyi gözlənilir.
Kürd rəhbərləri deyib ki, \”bəli\” səsi onlara Bağdad və qonşu ölkələrlə danışıqlara başlamaq üçün bir mandat verəcək.
İKRHmüstəqillik referendumunu sentyabrın 25-də keçirib. (bbc)
İnterpress.az