Zuckerberg Trampa qarşı sövdələşmə ittihamlarını rədd edibbackend

Zuckerberg Trampa qarşı sövdələşmə ittihamlarını rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Facebook həmişə Tramp əleyhinə olub. Sosial şəbəkələr həmişə Trampa qarşı çıxıb, beləliklə, saxta xəbərlər. New York Times (üzr istəyib) və Washington Post Tramp əleyhinə idilər. Sövdələşmə?\”, deyə o yazıb.

Lakin bu sözlər Trampın öz ideyalarını məhz sosial şəbəkələr vasitəsilə seçicilərə yaymasına imkan yaratması barədə ABŞ-da liberal dairələrin iddialarına ziddir.

Tənqidçilər əmindir ki, sosial şəbəkələr olmasaydı, o, belə bir imkandan məhrum olacaqdı.

ZuckerbergTrampın tənqidilə razılaşmayıb, o, həmçinin liberal cəmiyyətin də iddialarını qəbul etməyib.

33 yaşlı milyarder Trampa Facebook sosial şəbəkəsində cavab verərək bildirib ki, sosial şəbəkənin hədəfi bütün mümkün fikirlərin ifadə olunması üçün bir platformaya çevrilməkdir.

\”Facebook insanlara səs verir. Namizədlərin birbaşa ünsiyyət qurmasına şərait yaradır, milyonlarla insanın səs verməsinə kömək edir\”, o qeyd edib.

Seçkilərə müdaxilə iddiaları

Facebook qısa müddətdə Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə iddialarını araşdıran Konqres təhqiqatçılarına 3 min siyasi reklamı təhvil verəcək.

Sayt reklamların 2016-cı ildə baş tutan prezident seçkisi dövründə və sonrasında Rusiyadakı şəxslər tərəfindən satın alındığına inanır.
Noyabrın 1-də Facebook, Twitter və Google-dan ABŞ Senatının Kəşfiyyat Komitəsində Rusiyanın seçkilərə müdaxiləsi iddiaları haqqında ifadə verməsi istənilib.

Facebook və Google komitə iclaslarına qatılmaq üçün dəvət aldıqlarını bildiriblər, lakin sosial media nəhənglərinin heç biri iclaslarda iştirakını təsdiqləməyib.

Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə iddialarını həm Tramp, həm də Rusiya rədd edir (BBC).

İnterpress.az