İnterpress.az xəbər verir ki, Cavad Zərifin fikrinə əsasən, əgər ABŞ müqavilədən çəkilsə, İran da bu müqavilədən çəkiləcək.
ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı İran müqaviləsinin ABŞ-ın imzaladığı ən pis və təktərəfli müqavilə olduğunu, müqavilənin amerikalılar üçün utanc mənbəyi olduğunu bildirmişdi.
Müqaviləyə əsasən İran uranı zənginləşdirmək üçün istifadə etdiyi maddəni azaltmalı, uran ehtiyatını 300 kq-a endirməyi və pluton istehsal edən ağır su reaktorlarını sökməyi qəbul edib. Beynəlxalq ictimaiyyət isə bu müqavilədən sonra İrana tətbiq edilən sanksiyaları ləğv etmişdi.
İnterpress.az