Devalvasiya ilə bağlı deputatdan açıqlamabackend

Devalvasiya ilə bağlı deputatdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bankların dollar satışını dayandırması və dollarla olan ödənişləri həyata keçirməməsi də devalvasiya iddiasını gücləndirirdi.

Məsələ ilə bağlı iqtisadçı ekspert, millət vəkili Vahid Əhmədov fikirlərini \”Ölkə.Az\”-da bölüşüb:

\”Mətbuatda 3-cü devalvasiya məsələsi ortalığa atılıb, ancaq bununla bağlı Mərkəzi Bankın rəsmi bəyanatı var. Mərkəzi Bank bəyanatında bildirib ki, 9 ayın yekunudur, bank sistemi ilə bağlı müəyyən ödəmələr və problemlər var. Onları həll etmək üçün ayın 30-u iş günü elan edilib.
Mərkəzi Bankın idarə heyətinin sədr müavini Alim Quliyevlə danışdım. O da dedi ki, yalan söhbətlərdir, heç bir problem yoxdur. Manatın arxasında kifayət qədər güc var\”.

3-cü devalvasiya ilə bağlı isə millət vəkili bildirdi ki, ciddi devalvasiya gözləmirəm:

\”Manatın saxlanılması üçün bütün addımlar atılıb. İnanmıram ki, indi ciddi devalvasiya olsun\”.

İnterpress.az