Şənbə günü yayılan məlumata əsasən təlimlər barədə qərar iki ölkə arasında ərazi bütövlüyünün qorunmasına dair öhdəlik və sərhəd bölgəsinə nəzarətin təminatı ilə bağlı Bağdadın müraciətinə əsaslanır.
Bu həftə İraq, İran və Türkiyə İraq Kürdüstan Regional Hökumətindən (İKRH) keçid məntəqələri üzərində nəzarəti Bağdada təhvil etməyi tələb ediblər.
İKRH bu tələbi rədd edib.
Qonşu ölkələr, habelə ABŞ və Aİ-nin etirazına rəğmən bazar ertəsi keçirilən referendumda kürdlərin çoxu bölgənin müstəqilliyinə səs verib.
İKRH seçki komissiyasına görə seçicilərin 92 faiz müstəqilliyin lehinə səs verib.
Referendumdan sonra İran İKRH-in nəzarəti altında olan bölgədə sərhədləri bağladığını elan edib.
İraqın Müdafiə Nazirliyi sərhəd üzərində nəzarəti Türkiyə ilə İranla \”əlaqələndirilmiş\” şəkildə qaytaracağını bildirib, Reuters agentliyi xəbər verir.
Kürdlər Yaxın Şərqdə sayca dördüncü ən böyük etnik qrup sayılır. 1991-ci ilin Körfəz müharibəsindən sonra onlara muxtariyyət verilib. (bbc)
İnterpress.az