Onun şəfası barədə hələ qədim insanlar da məlumatlı idilər. Məsələn, qədim dövrlərdə romalılar ətirləri də heyva tumu ilə zənginləşdirərdilər. İndi isə ən bahalı kremlərin xam maddəsini heyva tumu və digər inqredientlər təşkil edir. Ona görə də heyva tumu gözəllik sektorunda daha çox gənclik iksiri kimi tanınır.
Heyva antioksidant xüsusiyyəti sayəsində yara və ləkələri yox edir, o cümlədən sızanaqlar üçün də təbii dərman funksiyasını yerinə yetirir.
Qırışlar üçün maska
Dəriyə təbii botoks effekti verən maska hazırlamaq üçün 7-8 ədəd heyva tumunu çıxardıb 1 stəkan ilıq suda, ağzı açıq şəkildə 1 gün saxlayın. Jele kimi bir məhlul alınacaq. Onu üzə, boyuna sürtün və 20 dəqiqə dərinizdə saxlayın. Üzünüzü ilıq suyla yuyun. Tez başa gələn maska dərini yumşaldır və elastikliyini bərpa edir, qırışları azaldır. Maskanın 20 gün müddətində müntəzəm istifadəsi şərtdir.
Su yerinə gül suyu da istifadə edə bilərsiniz. Əlbəttə, bu daha yaxşı effekt verər.
İnterpress.az