Salyanda Amerika Mərkəzi açılıbbackend

Salyanda Amerika Mərkəzi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Açılış mərasimində həmçinin Salyan rayon İcra Hakimiyyətinin və Mədəniyyət nazirliyinin nümayəndələri iştirak edib.

Mərkəz Salyan Mərkəzi Kitabxanasında yerləşir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, ABŞ səfirliyinin nümayəndələri kitabxananın dil təlimi və təhsil proqramlaşdırılması üçün nəzərdə tutulmuş güşəsinə yeni materiallar təqdim edib.

Xanım Səvic güşədə təqdim olunan proqramları və yerli məktəblilərin gələcək planlarını müzakirə etmək üçün onlarla görüşüb.

Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır. Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir. (amerikanın səsi)

Salyanda Amerika Mərkəzi açılıb

İnterpress.az