İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali İraqda həyata keçirilən mübahisəli referendumun sonra Ərbil rəhbərliyi getdikcə küncə sıxıldı. Başda Türkiyə, İraq və ABŞ olmaq üzrə bir çox ölkənin əleyhinə çıxdığı referendumun həyata keçirilməsi ilə bütün ölkələrdən sərt bəyanatlar gəldi.
İraq hökumətinin qərarı dünən Ərbil və Süleymaniyyə 18.00 etibarilə bütün uçuşlar dayandırılıb.
Bərzani, Bağdad rəhbərliyi və BMT-yə müraciət edərək uçuş qadağanın bir an əvvəl qaldırılmasını istədi. AP-nin bu gün Ərbil beynəlxalq hava limanında çəkdiyi kadrlarda hava limanının bomboş olduğu görünür.
Bərzaniyə məxsus nəşr orqanı Rudaw, Ərbil rəhbərliyinin Bağdad və Birləşmiş Millətlərə (BMT) müraciət edərək uçuş qadağanın bir an əvvəl ləğv edilməsini istədiyini bildirir. Qərarın tamamilə siyasi olduğunu müdafiə edən Bərzaninin ləğv müraciətindəki əsas, uçuş qadağanın cəmiyyəti cəzalandırması kimi görülür.
İnterpress.az