İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, kəskin ürəkbulanma və yorğunluq əlamətləriylə narahat günlər keçirən knyaginya üçün Kensington Sarayı səfərbər oldu. Şahzadə Uilyam, həyat yoldaşı Middletonun keçmiş üsulla zəncəfilli biskvitləri də sınadığını, ancaq işə yaramadığını deyib. Middleton, ikinci hamiləlikdə də eyni problemləri yaşamışdı.
730 AVROYA SATILIB
Digər tərəfdən Kate ve Williamın 2011-dəki toyundan qalan bir dilim tort 730 Avroya alıcısı tapılıb. Londondakı Chiswick hərrac evində kral toyundan düz 6 il sonra bir dilim tortun satıldığını bildirib.
İnterpress.az