Bərzani rəhbərliyindən ABŞ-a cavab gəldibackend

Bərzani rəhbərliyindən ABŞ-a cavab gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Xarici İşlər Naziri Reks Tilersonın 25 sentyabrda keçirilən müstəqillik referendumu əlaqədar sözlərinə cavab gəldi.
ABŞ Xarici İşlər Naziri Tillerson, ölkəsinin İraq Kürd Regional Rəhbərliyinin \”birtərəfli referendumunu tanımadığını\” bildirmişdi.
İraq Kürd Regional Rəhbərliyi (İKBY) Rəhbərliyi Sözçüsü Umed Səhər imzası ilə yayımlanan açıqlamada belə deyilib:
\”Kürdüstan xalqı, daima ürəkdən ABŞ-ı dəstəkləmişdir, xüsusilə İŞİD-a qarşı müharibədə və Səddam Hüseyn rejiminə qarşı. Cənab Reks Tillersonın cümə günü verdiyi açıqlamaya görə çox narahatıq. ABŞ, digər ölkələrdən əvvəl Kürdüstan xalqının azad, şəffaf və dinc bir referendumla faiz 92-dən artıq səsvermə tələb etdiyi Kürdüstanın müstəqillik qərarını təqdir etməli və buna hörmət etməli.
Referendum, Kürdüstan Bölgəsinin qanunları çərçivəsində Prezident tərəfindən tələb edilərək, Kürdüstan Parlamentində təsdiq olundu. İraq Konstitusiyasının bəzi maddələrinə sözügedən prosesin həyata keçirilməsinə icazə verilir. Referendum, Birləşmiş Millətlərin (BMT) prnsipləriylə yanaşı, iki ayrı beynəlxalq müqavilədə də keçdiyi kimi Kürdüstan xalqının öz müqəddəratını həll etmə fürsətini doğurdu.
Referenduma sərt reaksiya verilməməsi istiqamətindəki açıqlamalarına görə ABŞ-a təşəkkür edirik. Ancaq nə ABŞ, nə də başqa bir ölkə, Bağdadın 2005-dən bəri Kürdüstana qarşı qanunsuz və konstitusiyaya zidd fəaliyyətlərini mane olmadı.
ABŞ-ın, gələcək günlərdə davranışını nəzərdən keçirərək Kürdüstan Bölgəsi xalqının qanuni tələblərini isti bir şəkildə qarşılamasını və Ərbil ilə Bağdad arasında sülh danışıqlara qoşulmasını ümid edirik\”.

İnterpress.az