İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa Məclisində mayda qəbul edilən və ictimaiyyətində \”photoshop qadağası\” kimi tanınan, kommersiya məqsədli bütün fotolarda tətbiq edilən retuş istehlakçıya bir arayış ilə bildirilməsi tətbiqi başladı.
Qaydaya görə, kommersiya məqsədli hər hansı bir kataloq, elan, qəzet və ya jurnalda yer alan fotolarda retuş məqsədli görülən hər cür müdaxilə və dəyişiklik, bir xəbərdarlıq qeydi ilə istehlakçıya bildiriləcək. Tətbiqi xüsusilə, moda, reklam və marketinq sektorlarını hədəfə alır. Buna görə, elanlarda istifadə edilən insan fiquru və siluetində keçiriləcək hər cür dəyişiklik, istehlakçıya çatdırılacaq.
Tənzimləmənin insan üzünü əhatə etmədiyi qeyd olunub.
Tətbiq etməyin, moda dünyası üçün nəşr olunan sıfır bədən və anoreksiya əleyhinə \”model qanununun\” bir davamı olduğu bildirilərkən, pozuntu vəziyyətində 37 min 500 avrodan başlayan cəzaların tətbiq olunacağı qeyd edilib.
Qeyd edək ki, fotoşəkil agentliyi Getty İmages, internet üzərindəki fotoşəkillərin zəifləmə və ya bədənin müəyyən bölgələrini böyütmə məqsədilə retuş olunmuş fotoları qaldıracağını açıqlamışdı.
İnterpress.az