İraq: Öncə referendumu ləğv edin, sonra danışaqbackend

İraq: Öncə referendumu ləğv edin, sonra danışaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İraq mərkəzi rəhbərliyi, İraq Kürd Regional Rəhbərliyindən (İKBY) Bağdad ilə dialoqa keçməsi üçün referendum nəticələrini ləğv etməsini istədi.

İraq Baş Nazirin Mətbuat Ofisindən edilən yazılı açıqlamada, \”İKBY, Bağdad ilə ciddi dialoqa girib İraqın birliyini gücləndirmək üçün konstitusiyaya zidd referendumun nəticələrini ləğv etməlidir\”- deyildi.

Bəyanatda həmçinin İKBYE-nin \”ələ keçirdiyi ərazilərdə təxribata son verməsi, konstitusiya və federal məhkəmənin qərarlarına tabe olması\” çağırışı edilib.

İnterpress.az