Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 361 nəfərə çatıbbackend

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 361 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbii fəlakət nəticəsində ölənlərin sayının bundan sonra da artacağı gözlənilir. Paytaxt Mexikoda 7 mərtəbəli biznes mərkəzin dağıntıları altında qalanların axtarışı davam etdirilir. Azı 8 nəfər itkin düşmüş hesab edilir.

Bundan əvvəl zəlzələ nəticəsində 345 nəfərin öldüyü bildirilirdi. Paytaxt Mexikoda 39 yaşayış evi dağılıb, yüzlərlə ev qəzalı vəziyyətə düşüb.

Xatırladaq ki, sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib. Təbii fəlakət nəticəsində 4 milyon insan elektrik enerjisiz qalıb, ölkədə yüzlərlə yaşayış evi qismən və yaxud tamamilə dağılıb. (apa)

İnterpress.az