Las-Veqasda ölənlərin sayı 59 nəfərə çatıbbackend

Las-Veqasda ölənlərin sayı 59 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Las-Veqasın şerifi Cosef Lombardo keçirdiyi mətbuat konfransı keçirib: O bildirib:

“Ölən və yaralananların sayı artıb. Hazırda 59 nəfərin öldüyü təsdiqlənib, xəsarət alanların sayı 527 nəfərə çatıb”.

Qeyd edək ki, dünən “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddok izdihama atəş açıb, daha sonra isə intihar edib. Qeyd edək ki, bu faciə ABŞ tarixində insanların atəş nəticəsində kütləvi şəkildə qətlə yetirildiyi ən qanlı hadisədir.

İnterpress.az