Rusiyadan İddia: ABŞ konsulluğumuza hücum təşkil etdibackend

Rusiyadan İddia: ABŞ konsulluğumuza hücum təşkil etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, binanın giriş qapılarının qırılaraq axtarış aparıldığı qeyd edilib. Rusiya, ABŞ nümayəndələrinin Rus diplomatik obyektlərə girişi ilə bağlı qəti etirazı ifadə edərək cavab haqqını gizli saxladıqlarını bildiriblər.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bu ifadələrə yer verildi:
\”Bütün xəbərdarlıqlara baxmayaraq ABŞ rəhbərliyi qanunsuz niyyətlərindən əl çəkmədi. Rusiyanın San-Fransiskodakı Baş Konsulluğun bütün binaları tamamilə işğal edilib\”. Amerika qüvvələri ötən ilin dekabr ayından bu yana, 5 Rus diplomatik kompleksi zorla işğal edib. Bu gün də qapılar sındırılıb, içəridə də total axtarış aparılıb\” dedi.

Rus diplomatik və konsulluq varlıqlarının toxunulmazlığının qaldırılmasına, obyektlərə buraxılmasına və işğalına yol vermədiklərini qeyd edən Rusiya Xarici İşlər Nazirliyi, \”Hazırda orada olan Amerika agentləri ora heç kim dəvət etməyib. Onlar işğalçı. Onların hərəkətləri, ikitərəfli münasibətlər tarixində tayı-bərabəri görünməmiş özbaşınalıqdır\” dedi.

ABŞ nümayəndələrinin Rus diplomatik obyektlərə girişi ilə bağlı qəti etirazı ifadə edən nazirlik, cavab haqqını gizli saxladıqlarını bildirərək, \”Qarşılıqlıq prinsipi hər zaman diplomatiyanın təməl daşı olmuşdur. Beləliklə, Amerikalılar, zorla müəssisələrimizə girərək əslində Rusiyadakı nümayəndəliklərinə qarşı analoji aksiyaların keçiriləcəyi ehtimalını qəbul etmiş olur\” ifadələrini istifadə etdi.

İnterpress.az