Almaniyada 250 kiloqram bomba tapıldıbackend

Almaniyada 250 kiloqram bomba tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Berlin polisindən bildiriblər ki, köhnə qatar stansiyasındakı inşaat işləri zamanı 2-ci Dünya Müharibəsindən qalma 250 kiloqram bomba olduğu bildirildi.

Açıqlamada, bombanın zərərsizləşdirilməsi üçün bombanın yerləşdiyi yerin 500 metr ətrafında yaşayan 10 min nəfərin bölgədən evakuasiya ediləcəyi bildirilib.

Küçə və prospektlərin nəqliyyata bağlanması işlərinin tamamlandığı və insanların evakuasiya prosesinə başlandığı ifadə edilən açıqlamada, təxliyə əməliyyatından əziyyət çəkənlərin Tempelhof-Schöneberg rayonunun bələdiyyə binasında qalacağı qeyd edilib.

Almaniyada ən son olaraq sentyabrın əvvəlində Frankfurt şəhərində 2-ci Dünya Müharibəsindən qalma bir bombanın olmasının ardından 60 mindən çox adam təxliyə edilmişdi.

İnterpress.az