İsrail qüvvələri Fələstinlilərin düşərgəsini basdıbackend

İsrail qüvvələri Fələstinlilərin düşərgəsini basdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail güvvələrin, Qüdsdəki Şufat Qaçqın Düşərgəsinə təşkil etdiyi basqında aralarında bir uşağın da olduğu çox sayda Fələstinlinin yaralandığı bildirildi.

Yerli mənbələrdən alınan məlumata görə İsrail əsgərləri, Şufat Qaçqın Düşərgəsinə basqın təşkil etdi. Fələstinlilər, səs bombası, göz yaşı axıdıcı qaz və plastik güllə istifadə edən əsgərlərə daş və molotov kokteyli ilə cavab verib.

Fələstin Qızıl Ayparasından edilən yazılı açıqlamada, baş verən dava-dalaşda bəzi Fələstinlilərin yaralandığı, onlarla şəxsin də qazdan təsirlənərək boğulma təhlükəsi keçdiyi bildirildi.
11 yaşlı bir uşağın da yaralılar arasında olduğu bildirilən açıqlamada, yaralıların müalicə üçün bölgədəki xəstəxanalara çatdırıldığı qeyd edilib.

İnterpress.az