Trumptan silahlanma açıqlamasıbackend

Trumptan silahlanma açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump, dünən Las-Veqasda meydana gələn silahlı hücumun ardından sürpriz bir mesaj dərc etdi. Trump, \”Zamanı gəlincə silahlanma qanunu haqqında danışacağıq\” – dedi.
Las-Veqas hücumu Amerika Birləşmiş Ştatlarında fərdi silahlanma mübahisələrini yenidən alovlandırdı. Keçmiş Prezident Barak Obama sosial media hesabından yaydığı mesajda bənzər faciələrin baş verməməsi üçün hər kəsi üzərinə düşəni etməyə çağırıb.
Keçmiş Xarici İşlər Naziri Hillari Klinton isə fərdlərin silah sahibi olma hüququnu məhdudlaşdıracaq hüquqi aktların bir an əvvəl həyata keçirilməsini istədi.
Fərdi silahlanmağı məhdudiyyət çağırışlarına Ağ Evdən cavab gəldi. Ağ Ev Sözçüsü Sarah Sanders, mövcud şərtlərin silahlanma məcəlləsində mümkün dəyişiklikləri aparmaq üçün uyğun olmadığını müdafiə etdi:
\”Belə bir çıxış etmək və tənqid etmək cənab Klinton üçün asan. Amma əvvəlcə bir şeyin fərqinə varmalıyıq, bu hadisədə əllərinə qan bulaşan yeganə adam təcavüzkardır. Və bu anda hadisə fərdlər və təşkilatlar üzərində aparmaq üçün doğru zaman deyil\”.
ABŞ Prezidenti Donald Trump da dünən Las-Veqasda meydana gələn silahlı hücumun ardından sürpriz bir mesaj dərc etdi. Trump, \”Zamanı gəlincə silahlanma qanunu haqqında danışacağıq\” – dedi.

İnterpress.az