İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Hollandiyada müvəqqəti hökumətin Müdafiə Naziri Jeanine Hennis-Plasschaert, Malidə iki Hollandiya əsgərinin ölümündə məsuliyyəti üzərinə götürərək vəzifəsindən istefa edib.
Hennis-Plasschaert, parlamentdə ötən il Malidəki təlim zamanı nasaz həvəng və dəstə toplarının partlaması nəticəsində iki əsgərin ölümündə məsuliyyəti üzərinə götürərək istefa verdiyini açıqlayıb.
Daxili işlər Nazirliyinə bağlı hazırlanan mövzu ilə bağlı hesabatda səhv və gec addımlar atdığını bildirən Hennis-Plasschaert, \”Bunun baş verməsini istəməzdim\”. Dedi.
Hennis-Plasschert, özü ilə birlikdə Hollandiya Silahlı Qüvvələri Generalı Tom Middendorpun da vəzifəsindən istefa verdiyini bildirib.
Qeyd edək ki, Malidə ötən il Hollandiyanın Malidə BMT-yə bağlı hərbi birliyində reallaşan təlimdə zədəli həvəng və dəstə toplarının partlaması nəticəsində iki Holland əsgəri ölmüş, bir əsgər yaralanmışdı.
Hennis-Plasschaert, son seçkilərdən birinci çıxan ifrat sağçı Azadlıq və Demokratiya naminə Xalq Partiyasından deputat (VVD) seçilmişdi.
İnterpress.az