“First Lady alt paltarlarını paylayır” deyən jurnalist saxlanılıbbackend

“First Lady alt paltarlarını paylayır” deyən jurnalist saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Zimbabvedə \”News Day\” adlı qəzetin müxbiri Kennet Nyangani, Zimbabve Dövlət Başçısı Robert Mugabenin xanımı Grace Mugabeylə bağlı yazdığı xəbərə görə saxlanılıb.

Xəbərdə Grace Mugabenin həyat yoldaşının partiyasına üzv olanlara edilən geyim yardımları içərisində Grace Mugabeyə aid gecəlik və alt paltarlarının da olduğunu məlumatı yer alırdı.

\”News Day\” qəzeti bazar ertəsi günü hakimiyyətdəki Zənni PF partiyası millət vəkillərindən Esau Mupfuminin rəhbərlik etdiyi bir ianə kampaniyası haqqında xəbər etmişdi. Xəbərdə Mupfuninin, çoxpartiyalılara edilmiş qıyafətlər payladığı və paylama zamanı insanlara, bu paltarların şəxsən Dövlət Başçısı Mugabenin xanımına məxsus olduğunu dediyi yer almışdı.
Xəbərdə Mupfuminin paylama zamanı \”Sizin üçün alt paltarları da var, sizinkilərin o qədər də yaxşı vəziyyətdə olmadığı dedilər mənə. Bu üzdən gəlin və payınıza düşəni götürün\”- məlumatda deyilıb.

Beynəlxalq Amnistiya Təşkilatı jurnalist Kennet Nyanganinin söz mövzusu xəbər səbəbiylə nəzarətə alınmasını, ölkədəki jurnalistlərə təhdid etmək üçün aparılan planlı bir hərəkət kimi dəyərləndirdi və Nyanganinin dərhal sərbəst buraxılmasını istədi.
Qeyd edək ki, xaricə etdiyi alış-veriş turlarıyla tanınan 52 yaşlı Grace Mugabe, 93 yaşlı həyat yoldaşı Robert Mugabenin siyasi irsini dövr etməmək və ölkənin başına keçmək istəyir.

Afrikanın cənubunda yerləşən Zimbabve 37 ildir ki, Robert Mugabe tərəfindən idarə olunur. Zimbabvedə mövcud iqtisadi böhran səbəbindən əhalinin çoxu ikinci əl paltarları seçim etmək məcburiyyətində qalır.
Aralarında alt paltarların da yerləşdiyi ikinici əl paltarların böyük hissəsi Zimbabveyə qərb ölkələrindən gəlir və Mozambik vasitəsilə nəql olunur.

İnterpress.az