Nikotin ehtiyacını azaldır – Qreypfrutbackend

Nikotin ehtiyacını azaldır – Qreypfrut

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sağlamlıq üçün saysız faydaları vardır. Xüsusilə xolesterol problemi olanlar üçün ideal bir meyvədir. Hər gün bu qidanın yeyilməsi xolesterol səviyyəsini normala salmağa kömək edir . Təzə sıxılmış suyunu içmək mərkəzi sinir sistemini gücləndirir. Fiziki və zehni yorğunluğu aradan qaldırmada faydalıdır.

Aparılan son araşdırmalarda qreypfrutun lycopene və liminoids tərkibli olduğu aydınlaşıb və bu maddələrin də bir çox xərçəng növünə qarşı qoruyucu təsir göstərdiyi sübut edilmişdir.
Bu xərçəng növlərinin başında prostat xərçəngi gəlir. Bununla birlikdə ağız xərçənginin meydana gəlməsini diqqətəçarpan şəkildə azaltdığı görülmüşdür.
Qreypfrutun tərkibindəki C vitamini diş əti qanamaları olan insanlarda bu şikayəti ciddi nisbətdə azaldır. Yaranın yaxşılaşmasını sürətləndirir. İmmun sistemi gücləndirər. Xüsusilə tərkibində olan yüksək lif qəbizliyə qarşı ən yaxşı dərmanlardan biridir.
Həzm sisteminin işini tarazlaşdırır. Siqaret düşkünü olanlarda nikotin ehtiyacını azaldır və nikotinin bədəndən atılmasını təmin edərək detoks təsiri göstərir. Gündə 1 dənə qreypfrut yeyilməsi ürək xəstəliklərini azaldır. Zərərli xolesterolu 25% azaldar, yaxşı xolesterolu 25% artırar.
İştah açar. Qaraciyərin normal işini təmin edər. Öd ifrazatını artırır. Həzmi asanlaşdırar. Sidik qovucudur. Bədəndə yığılan suyu və zəhərli tullantıları kənar edər. Qanı təmizləyər. Bağırsaqların nizamlı işinə faydalıdır. Mikrobları öldürür. İflic və qanamaları önləyər. Ağciyər və döş xəstəliklərində faydalıdır. Stressi azaldar.
Maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamaga da köməkçidir.
Qreypfrutun kalorisi:1 ədəd qreypfrut təxminən 50 kalori və 80 mg C vitamini tərkiblidir.

Dəri üçün çox faydalıdır. S ızanaqlara düşməndir. Antioksidan xüsusiyyəti də olan qreypfurt dərinin kolajen sintezini artırması və quruluşunu qüvvətləndirməsində güclü silahlarından biridir.

Təbii tərkibli kosmetikalarda greypfrutun özündən, ətrindən və yağından istifadə edilir. Yağlı dəri və saç üçün mükəmməl bir vasitədir. Tonik, losyon, şampun və gellərin faydalarını çoxaltmaq, zənginləşdirmək məqsədilə istifadə olunur. Dərinin yaşlanma müddətini yavaşladır. Dəri problemlərini aradan qaldırır. Çünki C vitamini və kalium baxımından zəngindir. Dəmir, kalsium və digər mineralları saxlayır. Bu səbəbdən bu meyvəni mükəmməl bir dəri üçün evdə edilən maskalarda və dəri baxımında istifadə etmək məsləhətdir. Məsələn, suyu dərini ağartmaq üçün ən təsirli vasitədir. Üzündə ləkələr və çillər olanlar isə bir dilim greypfrutun suyunu pambıq köməyilə üzlərinə çəkdikdə nəticəsini qısa zamanda görəcəklər.

Qreypfrut maskaları:

*Qreyfrutun suyunu sıxın. Çilləri və ləkələri yox etmək məqsədiylə bu su ilə üzünüzü silin.Dəridəki məsamələr, yağlı dərilər üçün bir miqdar greypfrut suyuna bir yemək qaşığı mineral su əlavə edərək üzünüzü yuyun. Sızanaq problemləri olanlar üçün də məsləhətdir.
*Qreyfrutu kiçik dilimlərə kəsib, soyuducuya qoyun və dondurun. 5-8 dəqiqə bu buzla üz və boyunuza masaj edin. 10 dəqiqə sonra üzünüzə uyğun bir krem çəkin.
*Qreyfrut qırışlar üçün də mükəmməl bir meyvədir. 1 çay qaşığı köhnə süd, 1 çay qaşığı kök suyu və 1 çay qaşığı düyü unu ilə1 yemək qaşığı greypfrut suyunu bir qabda qarışdırın. Qarışığı 30 dəqiqə üz və boyuna çəkərək gözləyin. Daha sonra yuyun. Bu maska ​​2 həftədə bir edilməlidir.
*1 yemək qaşığı düyü unu, 1 yemək qaşığı qatıq və 2 yemək qaşığı qreypfrut suyunu qarışdırın, üzünüzə tətbiq edin. Bütün dəri tipləri üçün uyğun bir maskadır.
*Quru dəriyə sahib olanlar üçün: bir yumurta sarısını, 1 yemək qaşığı qreypfrut suyunu, 1 çay qaşığı balı qarışdırın və üzünüzə tətbiq edin.
*Dirsəklərinizdəki sərtləşmiş dəri üçün: bir dilim qreypfrutu 10 dəqiqə bu bölgədə saxlayın və sonra krem çəkin.

Nikotin ehtiyacını azaldır - Qreypfrut

İnterpress.az