İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ rəsmiləri hücumun baş verdiyi zamanda Filippində olan Danleynin, Los Anceles şəhərinə gəldiyini və burada Federal İstintaq Bürosu (FBI) əməkdaşları tərəfindən qarşılandığını bildirib.
Rəsmi şəxslər, təcavüzkarın sevgilisi Danleynin sorğu-sual olunmasının gözləndiyini qeyd edib.
Las-Veqas Şərifi Cozef Lombardo də qadının, təcavüzkar Paddockun beynindən nələr keçdiyinə işıq tutacağını deyib.
Las-Veqas polisi isə Paddockun bu təcavüzün hər detalını \” planlaşdırdığını\”, otel otağı ilə dəhlizə kameralar yerləşdirdiyini və 9 ilə 11 dəqiqə ərzində otelin 32-ci qatındakı otağından konsert sahəsinə atəş açdığını bildirib.
Polis, Paddockun otel otağı da daxil 3 fərqli yerdə gördüyü təcavüzkara məxsus 47 silah ələ keçirildiyini bildirib.
Digər tərəfdən federal rəsmiləri, Paddockun keçən həftə Filippində bank hesabına həyata keçirdiyi 100 min dollarlıq pul transferinin də araşdırıldığını deyib.
ABŞ-ın Las-Veqas şəhərində Stefan Paddock, bazar gecəsi konsert sahəsində olan şəxslərin üzərinə yolun qarşısındakı oteldən atəş açıb, hücumda 59 nəfər həyatını itirmiş, 525 nəfər yaralanmışdı.
FBİ, təcavüzkarın hər hansı bir beynəlxalq terror təşkilatı əlaqəsinin olmadığını açıqlamışdı.
Bu gün Las-Veqasa gedəcək ABŞ Prezidenti Donald Trump, təcavüzkar Paddock üçün \”O xəstə və ağılsız bir adam\”-ifadəsini işlətmişdi.
İnterpress.az