İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Kralın təyyarəsi, Moskvadakı Vnukovo hava limanına eniş edib. Kral Salman hava limanında Preobrajenskiy mərasim qitəsi və orkestr ilə Rusiya Xarici İşlər Nazirinin Müavini Mixail Boqdanov və Baş Nazir Müavini Dmitri Rogozinin də içində yer aldığı heyət tərəfindən qarşılanıb.
Moskvada 3 gün qalması gözlənilən Kral Salman, bu gün Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək.
Kremlin Sözçüsü Dmitri Peskov, Putin Kral Salman ilə neft hasilatının məhdudlaşdırdığı şəraitdə neft bazarındakı vəziyyəti, eləcə də Yaxın Şərq və Şimali Afrikadakı vəziyyəti ələ almasının və bölgələrdəki böhranların həllinə vurğu edilməsinin gözləndiyini bildirib. Peskov, iki liderin hərbi-texniki əməkdaşlıq məsələsini də görüşəcəklərini bildirdi.
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdül Əziz Əs Səudin növbəti proqramda Rusiya Baş Naziri Dmitri Medvedev ilə görüşü var.
Görüşdə qarşılıqlı sərmayə layihələrinin, ticarət, iqtisadiyyat, sənaye, enerji və kənd təsərrüfatı sahəsində əməkdaşlığın müzakirə olunması gözlənilir.
Kral Salmanın başçılıq etdiyi nümayəndə heyətində özünə təxminən min nəfər müşayiət edir.
İnterpress.az